Musa Bərzin: İranın Məhkəmə Hakimiyyəti Vəkillər Kollegiyasını tamamən kontrol altına almaq istəyir

Musa Bərzin

Bu günlərdə İranın müxtəlif vilayətlərində vəkillər və hüquq professorları “Vəkillər Kollegiyasının müstəqilliyi layihəsinin” icrası ilə bağlı İranın məhkəmə hakimiyyətinin hazırlamaqda olduğu nizamnaməyə etiraz bildirirlər.

Your browser doesn’t support HTML5

Musa Bərzin: İranın Məhkəmə Hakimiyyəti Vəkillər Kollegiyasını tamamən kontrol altına almaq istəyir

Amerikanın Səsinə danışan hüquqşünas Musa Bərzinin sözlərinə görə, “İranın Məhkəmə Hakimiyyəti istəyir ki, vəkillərin işlərini öz əlində tutsun. Özü təyin etsin ki, kim vəkil olsun, kim olmasın. Özü desin ki, kimə vəkillik icazəsi veririk, kimə vermirik. Və ya, istəyir ki, Vəkillər Birliyinin sistemini özü formalaşdırsın. Vəkillərin etirazı bunadır.”

Məhkəmə hakimiyyəti qanunda elə dəyişikliklər aparmaq istəyir ki, vəkillərin müstəqilliyi daha da azalsın. Bir neçə ay öncə, vəkillər birliklərinə bir nizamnamə təklifi göndərdi. Orada vəkillərin işləri, necə vəkillik edəcəkləri və birliklərin necə fəaliyyət edəcəyinə dair bəzi tənzimləmələr var.


Hüquşünas hesab edir ki, İranda onsuz da ciddi məhdudiyyətlərlə qarşı-qarşıya olan vəkillər üçün, durum yeni nizamnamə qüvvəyə mindikdən sonra daha da ağırlaşa bilər.

O, müsahibədə həm vəkillərin hazırda yaşadığı məhdudiyyətləri şərh edib, həm də nizamnamənin icraya qoyulması ilə ortaya çıxacaq dəyişikliklər haqqında fikirlərni ifadə edib.

Musa Bərzinin dediklərinə görə, “1979 İslam İnqilabından sonra vəkillər də bunun təsiri altında qaldılar. Niyə ki, İnqilabın rəhbərləri və dönəmin məhkəmə məsulları buna inanırdılar ki, İslamda vəkillik deyə bir şey yoxdur. Hakim özü ədalətlidir, özü müctəhiddir və səhv etməz. Ona görə vəkilə heç gərək yoxdur. Bu fikir doğrultusunda, vəkillərə basqılar başladı. Barolar qapadıldı. Bir çoxu tutuldu. Sonra 1997-ci ilə qədər vəkillər birliklərini, deyə bilərik ki, məhkəmə hakimiyyəti idarə etdi."

İran Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi

Bərzin hazırda mövcud olan problemləri isə belə izah edir: “Qəbul edilən hər bir yeni qanun, bir şəkildə kollegiyanın və vəkillərin müstəqilliyini zədələyir. Misal üçün vəkillərin mühakimə prosesində müdaxilə haqqını azaltdılar. 187 nömrəli maddə çıxdı ki, məhkəmə hakimiyyəti özü vəkillik icazəsi çıxara bilir. Yəni kollegiyalara paralel bir qurum formalaşdırdı. Bu indi də davam edir. Sonra, vəkillərin təhlükəsizlik ittihamlar ilə əlaqədar dosyelərə baxma haqqını məhdudlaşdırdılar. Bir sıra xüsusi vəkillər təyin etdilər ki, siyasi və təhlkükəsizlik suçlar ilə günahlandırılan müttəhimlər sadəcə bu vəkillərdən istifadə edə bilər. Bir çox müttəhim bunlara güvənmir. Yəni təsəvvür edin ki, minlərlə vəkilin arasından 20 vəkili seçib, qoyur oraya və deyir ki, bəzi dosyelərdə sadəcə onlar vəkillik edə bilər. Biz də görürük ki, bu vəkillərin bəzisi daha öncə hakim imiş təqaüdçü olub və vəkillik etməyə başlayıb. Türk fəalların da bir çoxu həmin qanundan dolayı problem yaşayırlar...”

Bir sıra xüsusi vəkillər təyin etdilər ki, siyasi və təhlkükəsizlik suçlar ilə günahlandırılan müttəhimlər sadəcə bu vəkillərdən istifadə edə bilər. Bir çox müttəhim bunlara güvənmir.


O əlavə edir, “məsələ budur ki, vəkil müttəhimin yanında durmalı və onun müdafiə vasitəsi olmalıdır. Əgər qərar olsa, vəkillər məhkəmənin tərkibində və məhkəmənin nəzarətində ola, ədalət yerinə varmaz.”

Hüquqşünasın söylədiklərinə görə, “məhkəmə hakimiyyəti qanunda elə dəyişikliklər aparmaq istəyir ki, vəkillərin müstəqilliyi daha da azalsın. Məhkəmə hakimiyyəti bir neçə ay öncə, vəkillər birliklərinə bir nizamnamə təklifi göndərdi. Orada vəkillərin işləri, necə vəkillik edəcəkləri və birliklərin necə fəaliyyət edəcəyinə dair bəzi tənzimləmələr var. İndiki münaqişə də buradadır. Vəkillər məhkəmə hakimiyyətinin onlar üçün nizamnamə yazmasını qəbul etmirlər. Vəkillərin idari məsələləri və nizamnamələrini vəkillər özləri yazmalıdır...”