Misirdə milyonlarla insan küçələrə axışıb

On minlərlə insan bu gün Misir prezidenti Məhəmməd Mursinin inaqurasiyasının ildönümü günündə onu istefaya çağırır. Etirazçılar növbədən kənar prezident seçkilərinin keçirilməsi tələbilə Misir bir çox böyük şəhərlərinin əsas meydanlarına toplaşıb.

Ən kütləvi etiraz aksiyaları nümayişçilər yığışan Misir paytaxtındakı Təhrir meydanında keçirilir. Bugünkü nümayişlərin təşəbbüskarı Təmərrüd hərəkatının rəhbərlərindən birinin sözlərinə görə, Mursinin əksər opponentləri axşam saatlarında onun iqamətgahı olan ''Əl İttihadiyə'' sarayının yanında toplaşacaqlar. Təşkilatçılar burada milyonlarla toplaşacağını ehtimal edir. Müxtəlif partiyaların nümayəndələrinin komitəsi olan ''30 iyun cəbhəsi'' insanları 'prezident istefa verməyənədək meydanları tərk etməməyə çağırıb.

Müxalifətçilər səhər tezdən iqamətgahın yanında yüzlərlə çadır qurublar.

Bu arada Məhəmməd Mursinin on minlərlə tərəfdarı paytaxt Qahirədəki prezident sarayındakı məscidin yanına toplaşıb.

Təşkilatçılar aksiyaların dinc keçiriləcəyini vəd edib.