Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları müvəqqəti hökumət əleyhinə kütləvi aksiya keçirir.
Minlərlə insan Qahirə yaxınlığındakı Rəbaa Əl-Adaviyyə məscidi yaxınlığında toplaşaraq, “həqiqəti söylə” süarı altında Mursinin hakimiyyətə qaytarılmasını tələb edir.
Mursu əleyhinə olan insanlar isə Təhrir meydanında yürüş keçirir.
Müsəlman Qardaşları sabiq prezident hakimiyyətə qaytarılmayınca etiraz aksiyalarını davam etdirəcəklərinə and içib. Onlar demokratiyanın təhlükə altyında olduğunu bildirir. Mursinin opponentləri isə onun xalqın iradəsinə əsasən devrildiyini deyir.
Nümayişlər əsgərlər və iştişaş polisinin müşayiəti ilə keçirilir. Qarşıdurmalar zamanı 51 adam həlak olub.
BMT-nin baş katibi Ban Gi Mun Misirdəki davamlı həbslər və müxalifət liderlərinin həbsinə göstəriş verilməsi ilə bağlı narahatlığını bildirib.
BMT-nin bəyanatında bildirilir ki, Misirin xarici işlər naziri Məhəmməd Kamal Əmrlə telefon söhbəti zamanı cənab Ban Misirin əsas partiyaları və ya icmalarının kənarda tutulmasının mümkün olmayacağını deyib.
Baş katib deyib ki, Misirin siyasi spektrumunda yer alan partiyalar gələcəyin müəyyən edilməsi ilə bağlı dialoqa cəlb edilməlidir.