Müdafiə naziri ATƏT sədrinin şəxsi nümayəndəsi ilə görüşüb

Zakir Həsənov və Anje Kaspşik

Dekabrın 19-da Azərbaycanın müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri müzakirə edilib və Qarabağ münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyası 20 ildən çoxdur ki, cəbhənin təmas xəttində monitorinqlər keçirir. Missiyanın hesabatları ictimaiyyət üçün açıqdır.