Liviya lideri Müəmmar Qəzzafiyə sadiq qüvvələr ölkənin şərqində hökumətə qarşı çıxmış qəbilələrin nəzarəti ələ keçirdiyi neft limanı Ras-Lanufa bu gün havadan hücum etmişlər. Xəbər agentliklərinin məlumatlarına görə, hücumlar zamanı xəsarət alan olmayıb. Dünən Qəzzafi ordusunun qəbilələrin əlində olan digər şəhərə insan itkiləri ilə nəticələnən hücumundan sonra Ras-Lanufun sakinləri bu gün səhər tezdən şəhəri tərk etməyə başalyıblar.
Xarici jurnalistlərin məlumatlarında deyilir ki, çox sayda sakinlərin şəhəri tərk etməsi nəticəsində nəzarət postlarında üsyançıların sayı azalıb. Xəbər agentlikləri qonşu Bin Cavad şəhərinin də boşaldığını xəbər verirlər.