İsveçrədə Liviya prezidenti Müəmmər Qəzzafi və onun yaxın ətrafının hesablarının dondurulmasına göstəriş verilib. İsveçrənin Xarici İşlər Nazirliyinin bəyanatında Qəzzafi xalqına qarşı zorakılıqda ittiham edilir. Sənəddə hesabların dondurulmasının fondlardan mümkün sui-istifadənin qarşısının alınması məqsədi daşıdığı deyilir.