2015-ci ildə münaqişələr global iqtisadiyyata $13.6 trilyona başa gəlib

2015-ci ildə müharibələr və münaqişələr global iqtisadiyyata 13.6 trillion dollara başa gəlib. Bu göstərici ÜDM (Ümumdaxil Məhsul İstehsalı) istehsalının 13 faizini təşkil edir.

Global Sülh İndeksi Avstraliyanın İqtisadiyyat və Sülh institutunun təşəbbüsü ilə 163 ölkədə sülhün durumunu müəyyənləşdirib.

Son onillikdə vəziyyətin ağırlaşmasına Yaxın Şərq və Şimali Afrika ölkələrindəki sabitsizlik səbəb olub.

Araşdrmalara görə, son onillik dünyada sülhün ciddi şəkildə azaldığı dövr olub.

Dünya ölkələri arasında sülh içərisində yaşayan ölkələrlə daha az sülh olan ölkələr arasında dərin uçurum mövcuddur. Münaqişəli ölkələrin sayı 20-dən artıqdır.

“Ötən illə müqayisədə bu il vəziyyət daha pisdir. Sülh içərisində yaşayan ölkələrlə daha az sülh olan ölkələr arasında uçurum getdikcə dərinləşir. Vəziyyətin pisləşməsi inkişaf üzərində üstünlük təşkil edir."

Qanlı vətəndaş müharibəsi yaşanan Suriyada 250 min nəfər həyatını itirib. Milyonlarla insan evindən didərgin düşüb.

Suriyadakı vətəndaş müharibəsi milyonlarla suriyalını didərgin salıb.

“Son onillikdə vəziyyətin ağırlaşmasına Yaxın Şərq və Şimali Afrika ölkələrindəki sabitsizlik səbəb olub. Terrorizm həmişə olduğundan 25 dəfə yüksəkdir. Son 60 ildə məcburi köckün və qaçqın sayı ən yüksək nöqtəsinə çatıb."

Müharibələr kimi zorakılıqların xərci hərbi məsrəflər, infrastruktur təxribatı və zorakı cinayətlərin vurduğu ziyanla ölçülür.