Qanunsuz mühacirlərə yardım

Your browser doesn’t support HTML5

Qanunsuz mühacirlərə yardım

Kaliforniyanın cənubunda yaşayan Con və Lora illərdir sərhədyanı səhralıqdan keçərək, ölkəyə gələn mühacirlərin bu mərhələdən sağ keçməsinə yardım edir.

Lora Hanter Meksikanın Halisko ştatındandır. O, Amerikaya 43 il əvvəl köçüb. Artıq uzun müddətdir ABŞ vətəndaşıdır.

Con Hanterlə 2000-ci ildə görüşən Lora həmin il sərhədi keçməyə cəhd edən 28 mühacirin susuzluqdan öldüyünü bildirir.

Con səhrada su stansiyaları inşa etməklə bu insanlara yardım göstərir və stasiyalara bayraq asmaqla onların asanlıqla görünməsini də təmin edir.

Lora ilk könüllülər arasında idi.

"340 su stansiyamız var idi. Əlavə yardım olmadığı üçün çox yorulurduq. Con dediyirdi ki, birdən kimsə ölər. Mən isə ona əlimizdən yalnız bunun gəldiyini deyirdim. …"

Onların rast gəldiyi mühacirlərin hamısı ilə bölüşməli yemək və suları olur.

"Biz siyasətləri və ya ölkəyə gələnlərin vəziyyətini dəyişə bilmərik, yeganə iş su verməkdir. Əlimizdən gəlirsə, niyə də etməyək?" , Lora deyir.

Lakin onların etdikləri heç də hamı tərəfindən dəstəklənmir.

Arizona vətənpərvərləri adlanan qrup miqrantlara yardım göstərənlərə etiraz edir.

"Biz əlbəttə, heç kimin ölümünü istəmirik. Lakin onların vətənlərində də su var!" - deyə, qrupun üzvü Cennifer bildirib.

Qanunsuz mühacirlərin yemək və su ilə təminatı cinayət hesab edilməsə də, yardım göstərənlər arasında həbs edilənlər də olub.

Conun gələcək layihəsi ABŞ-Meksika sərhədləri boyunca azanan "Bütün amerikalıların kanalı" adlı suvarma layihəsinə qoşulmaqdır. 70 ildən çox fəaliyyətdə olan bu kanalda azı 500 mühacir boğulub.

Con ümid edir ki, hər 400 metrdə sudabatmaz ipə düzülmüş çəlləklər yerləşdiriləcək ki, insanlar onlardan tutub sudan çıxa bilsinlər.

Su layihəsi ilə razılıqlarına baxmayaraq Hanter ailəsi ziddiyyətli siyasi baxışlara malikdir. Belə ki, Con Trampı dəstəkləyir. Lakin onların ortaq nöqtəsi ABŞ-a üz tutanlara yardım göstərməkdir.