Oklahoma və Kentuki ştatlarında yüzlərlə məktəb bu gün bağlı olub. Buna səbəb müəllimlərin daha yüksək məvacib və təhsilin daha çox maliyyələşdirilməsi üçün etiraz aksiyalarını davam etdirməsidir.
Oklahoma ştatında qəzəbli müəllimlər 50 ştat arasında ən az məvacib alan müəllimlər statusunu dəyişmək üçün ştatın paytaxtı Oklahoma şəhərində bir araya gəlib.
Etirazçılar ötən həftə qanunvericilər tərəfindən imtiyazlar da daxil olmaqla 15-18 faiz maaş artımının təhsili bərpa etmək üçün kifayət olmadığını bildirib.
Oklahoma müəllimlərin həmkarlar ittifaqı maaşların daha çox artırılmasını istəyir.
Kentuki ştatında müəlimlər pensiya planlarına dəyişiklik edilməsini tələb edir.
Burada qanunvericilər pensiya üçün nəzərdə tutulmuş vəsaiti kanalizasiya ilə bağlı qanun layihəsinə əlavə edib. Müəllimlər həmçinin, məktəb üçün daha da çox ştat vəsaiti ayırılmasını tələb edib.
Arizonada da müəllimlərin maaşların artırılması məqsədilə etiraz aksiyası keçirməyi planlaşdırdığı deyilir.