Tramp: Nəyə görə Müller işdən çıxarılmamalıdır?

ABŞ prezidenti Donald Tramp hələ ki, xüsusi təhqiqatçı Robert Müllerin vəzifəsindən kənarlaşdırılacağına aydınlıq gətirməyib. Baxmayaraq ki, Müllerin Trampın şəxsi vəkilinin ofisində axtarış aparılması üçün məhkəmə qərarı əldə etməsi prezidenti qəzəbləndirib.

Düşünürəm ki, onun əməlləri rüsvayçılıqdır. Bu, çox kədərli bir vəziyyətdir. Bir çoxları mənə onun vəzifəsindən kənarlaşdırılmalı olduğunu deyir

ABŞ dövlət başçısı vəkil Maykl Kohenin ofisinə Müllerin reydini ölkəyə qarşı rüsvayçı hücum kimi qiymətləndirərək, durumu ədalətsizliyin yeni yüksəlişi adlandırıb.

Tramp deyib ki, nəyə görə Müller işdən çıxarılmamalıdır?

“Düşünürəm ki, onun əməlləri rüsvayçılıqdır. Bu, çox kədərli bir vəziyyətdir. Bir çoxları mənə onun vəzifəsindən kənarlaşdırılmalı olduğunu deyir. Yenə də heç nə tapmadılar”- deyə, Tramp əlavə edib.

Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə dair təhqiqat davam edir.

Maykl Kohen

The Washington Post-un işlə tanış olan rəsmiyə istinadən yazdığına görə, Kohen mümkün bank fırıldaqçılığı, qanunsuz pulköçürmə və kampaniyanın maliyyələşdirilməsində qeyri-qanuni fəaliyyətlərdə ittiham edilir.

FBI Kohenin Nyu-York ofisində dünən reyd keçirib və Trampın porno ulduzu ilə əlaqəsinə dair sənədlər və digər materialları müsadirə edib.

Stormi Daniels

​Kohen aktrisa Stormi Danielsə Trampla əlaqəsi barədə susmaq müqabilində 130 min dollar məbləğində vəsait ödəyib.

Tramp bu ödənişdən xəbərsiz olduğunu iddia edir.