Məqsəd qoşunların hazırlığını yoxlamaqdır
Azərbaycan müdafiə naziri Zakir Həsənov Naxçıvana, baş qərargah rəisi Nəcməddin Sadıqov isə cəbhə bölgəsinə səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə naziri yanvarın 5-də Əlahiddə Ümumqoşun Ordusunun yeni tədris ilinə hazırlığını yoxlamaq məqsədilə Naxçıvana gedib.
Müdafiə nazirinin rəhbərlik etdiyi qrupun məqsədi hərbi hissələrin maddi-texniki və silah-sursatla təchizatının vəziyyəti, şəxsi heyətin sosial-məişət məsələlərini yoxlamaqdır.
Mətbuat xidmətinin digər məlumatına görə isə yanvarın 6-dan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.
Səfərin məqsədi qoşunların yeni tədris ilinə hazırlığının, təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.