Müdafiə naziri Belçika Krallığına rəsmi səfərə gedib

Müdafiə naziri Zakir Həsənov

Görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək
Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 2-də Belçika Krallığına rəsmi səfərə gedib.

Müdafiə Nazirlyinin mətbuat xidmətindən Amerikanın Səsinə verilən məlumata görə səfər NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanı və ABŞ-ın Avropadakı Qüvvələri Komandanı general Filip Bridlavın dəvəti ilə baş tutub.

Səfər zamanı keçiriləcək görüşlərdə NATO-Azərbaycan əlaqələri və əməkdaşlığın inkişafı perspektivləri müzakirə ediləcək.

Zakir Həsənov həmçinin NATO-nun baş katibi Anders Foq Rasmussenin dəvətilə NATO-nun Brüssel şəhərindəki Mənzil-Qərargahında Şimali Atlantika Şurasının Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin (ISAF) əməliyyatına töhfə verən qeyri-NATO ölkələri ilə Müdafiə nazirləri səviyyəsində iyunun 4-də keçiriləcək növbəti görüşdə iştirak edəcək.