Qoşunların təmas xəttində atışmada əsgər ölüb

Əsgər ölümü

Mayın 12-də qoşunların təmas xəttində atışmada Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Rahil Ərəbli həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumatı yayıb.

Mayın 8-də də Azərbaycan Müdafiə Nazirliyi bir hərbi qulluqçusunun cəbhədə həlak olması ilə bağlı məlumat yaymışdı.

Aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.