Görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət müzakirə edilib
Azərbaycanın müdafiə naziri Zakir Həsənov fevralın 3-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə qoşunların təmas xəttindəki mövcud vəziyyət, keçirilən monitorinqlərin nəticələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.