Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı vurulub

Müdafiə Nazirliyi: Ermənistanın pilotsuz uçan aparatı vurulub

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib

Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 2014-cü il noyabrın 12-də cəbhənin həmin istiqamətində Ermənistana məxsus Mi-24 tipli döyüş helikopteri də Azərbaycan ordusunun Ağdam rayonundakı müdafiəsinin ön xəttində yerləşən mövqelərinə hücum edərkən vurulub.