Aprelin 20-21-də İran Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanı Azərbaycana işgüzar səfərə gələcək.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 14-də müdafiə naziri Zakir Həsənov İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşdə səfərin detallarını müzakirə edib.
Görüşdə müdafiə naziri Azərbaycan ilə İran arasında hərbi sahədə əlaqələrin uğurla davam etdiyini bildirib.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Həsənov Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Mətbuat xiddməti bildirir ki, səfir İranın Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəklədiyini, işğal olunmuş ərazilərdə qondarma separatçı qurum tərəfindən təxribat məqsədilə keçirilməsi planlaşdırılan "seçki"lərin regionda sabitliyi pozmaq niyyətilə edildiyini və onun nəticələrinin ölkəsi tərəfindən heç bir halda tanınmayacağını bildirib.
Sonra aprelin 20-21-də İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqanın Azərbaycana işçı səfərinin detalları müzakirə edilib, keçiriləcək görüşlərdə hərbi əməkdaşlıq sahəsində baxılacaq məsələlərə dair fikir mübadiləsi aparılıb.