YAP icra katibinin müavinin Amerikanın Səsinə müsahibəsi
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Amerikanın Səsinə müsahibəsində YAP-ın qurultayı, prezident İlham Əliyevin yenidən prezidentliyə namizəd irəli sürülməsi, Milli Şura, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov, RATİ sədri Abbas Abbasovun bəyanatı, Azərbaycanın Rusiya, Amerika və İranla münasibətlərindən danışıb.
Müsahibədən seçmələr:
- Prezidentimiz, YAP sədri İlham Əliyevin prezidentliyə namizədliyi ilə bağlı narazılığa heç bir əsas yoxdur. Əgər kimlərsə prezident İlham Əliyevin namizədliyindən narazıdırsa, deməli bu şəxslər gələcək prezident seçkilərində iştirak etmək iddiasında olub, cənab İlham Əliyevin namizəd kimi böyüklüyündən, gücündən qorxanlardır.
- Əgər prezident seçkilərində iştirak edib qalib gəlmək istəyirsinizsə sizin üçün kimin namizəd olması əhəmiyyət kəsb etməməlidir. Hesab edirm ki, kimlər ki, cənab İlham Əliyevin liderliyindən, şəxsiyyətindən, onun qələbə çalmaq əzmindən qorxuya düşübsə, onlar müxtəlif bəhanələrlə, vasitələrlə bu namizədliklə bağlı fikirlər səsləndirmək istəyirlər.
- Mənə elə gəlir ki, cənab İsa Qəmbər bu cür tezislər ortaya qoymaqla özünə və ətrafındakılara təsəlli vermək istəyir. Çünki, cənab İlham Əliyevin qalib gələcək ən güclü namizəd olduğunu bilir. Axı, görünən dağa nə bələdçi. Cənab İlham Əliyev partiyanın qurultayında namizəd kimi irəli sürülüb, onun özü qurultayda yekun nitqində artıq bir namizəd kimi proqramının bəzi istiqamətlərini səsləndirib.
- Cənab İsa Qəmbərin yanaşması çox sadəlövdür. Çox təəccür edirəm və bir az da gülməli gəlir ki, necə ola bilər ki, neçə illərdir özünü siyasətçi sayan adam bu cür tezislə çıxış edir.
- Seçkilərdə kimin qarşıya çıxacağı bizim üçün narahatlıq yaratmır. Ona görə də onun adını istəyirsən Milli Şura qoy, istəyirsən Milli Birlik qoy, istəyirsən yenidən Demkonqres qoy, bu fərq etməz. Orada toplaşanlar əvvəlki seçkiilərdə bizimlə siyasi müstəvidə yarışanlar və onların tərəfdarlarıdır. Onların da həm sosial
bazası, həm siyasi dairəsi, həm də bizimlə yarışma imkanları çox aşağı səviyyədədir.
- Hələlik ehtimal olaraq Milli Şuradan Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olacağı barədə fikrilər səslənir. Hərçənd bunun özü də o qədər də gözlənilən deyil. Milli Şuranın yekdil bir qərara gələcəyini də proqnozlaşdırmıram. Amma, buyursunlar, istər Rüstəm İbrahimbəyov, istərsə də İsa Qəmbər olsun. Onların hansının olması bizim üçün elə də böyük narahatçılıq yaratmır.
- Rüstəm İbrahimbəyov namizəd olacaqsa buyursun. İbrahimbəyovun seçki kampaniyası dövründə hansı tezisləri ortaya qoyacağını görəcəyik və fikirlərimizi deyəcəyik.
- İbrahimbəyov ola bilər yaxşı rejissordur, amma yaxşı siyasətçi kimi hələ özünü təsdiq etməyib. Bu seçkilərdə iştirak etsə, hesab edirəm onun nəticəsini acınacaqlı görəcək. Yəni nəticələr baxımından acınacaqlı, bunu kimsə başqa yerə yozmasın. Söhbət onun alacağı səslərdən gedə bilər. Mən düşünmürəm Azərbaycanda seçkidə Rüstəm İbrahimbəyov hansısa bir formada lazımi qədər səs toplaya bilsin. Ola bilsin ki, onun toplayacağı səs onu çox məyus etsin.
- Cənab Abbas Abbasovun Azərbaycan-Rusiya münasibətləri ilə bağlı dedikləri ilə razı deyiləm. Bu gün Rusiya-Azərbaycan münasibətləri normal məcrada inkişaf edir. ... Bütövlükdə onun bəyanatında Azərbaycanda antirusiya isterikası, antirusiya təbliğatı getməsi barədə dediklərinin mahiyyəti ilə razılaşmıram.
- Ameriaknın Azərbaycandakı seçkilərə hər hansı təsir etmək imkanları yoxdur və olmamalıdır.
- İran tərəfi Azərbaycan hakimiyyətinə, hökumətinə çox böyük önəm verir. Prezident İlham Əliyevin siyasətinə böyük önəm verir.
- Hörmətli Ramiz müəllimin İrana səfəri çox strateji əhəmiyyət kəsb edir. Ramiz müəllim bütövlükdə Azərbaycan siyasətinin strateji əhəmiyyətli məsələlərini hərtərəfli şəkildə müzakirə edib.
Müsahibədən seçmələr:
Bu şəxslər gələcək prezident seçkilərində iştirak etmək iddiasında olub, cənab İlham Əliyevin namizəd kimi böyüklüyündən, gücündən qorxanlardır.
- Əgər prezident seçkilərində iştirak edib qalib gəlmək istəyirsinizsə sizin üçün kimin namizəd olması əhəmiyyət kəsb etməməlidir. Hesab edirm ki, kimlər ki, cənab İlham Əliyevin liderliyindən, şəxsiyyətindən, onun qələbə çalmaq əzmindən qorxuya düşübsə, onlar müxtəlif bəhanələrlə, vasitələrlə bu namizədliklə bağlı fikirlər səsləndirmək istəyirlər.
Mənə elə gəlir ki, cənab İsa Qəmbər bu cür tezislər ortaya qoymaqla özünə və ətrafındakılara təsəlli vermək istəyir.
- Cənab İsa Qəmbərin yanaşması çox sadəlövdür. Çox təəccür edirəm və bir az da gülməli gəlir ki, necə ola bilər ki, neçə illərdir özünü siyasətçi sayan adam bu cür tezislə çıxış edir.
- Seçkilərdə kimin qarşıya çıxacağı bizim üçün narahatlıq yaratmır. Ona görə də onun adını istəyirsən Milli Şura qoy, istəyirsən Milli Birlik qoy, istəyirsən yenidən Demkonqres qoy, bu fərq etməz. Orada toplaşanlar əvvəlki seçkiilərdə bizimlə siyasi müstəvidə yarışanlar və onların tərəfdarlarıdır. Onların da həm sosial
Amma, buyursunlar, istər Rüstəm İbrahimbəyov, istərsə də İsa Qəmbər olsun.
- Hələlik ehtimal olaraq Milli Şuradan Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olacağı barədə fikrilər səslənir. Hərçənd bunun özü də o qədər də gözlənilən deyil. Milli Şuranın yekdil bir qərara gələcəyini də proqnozlaşdırmıram. Amma, buyursunlar, istər Rüstəm İbrahimbəyov, istərsə də İsa Qəmbər olsun. Onların hansının olması bizim üçün elə də böyük narahatçılıq yaratmır.
- Rüstəm İbrahimbəyov namizəd olacaqsa buyursun. İbrahimbəyovun seçki kampaniyası dövründə hansı tezisləri ortaya qoyacağını görəcəyik və fikirlərimizi deyəcəyik.
Ola bilsin ki, onun toplayacağı səs onu çox məyus etsin.
Abbasovun Azərbaycan-Rusiya münasibətləri ilə bağlı dedikləri ilə razı deyiləm.
- Ameriaknın Azərbaycandakı seçkilərə hər hansı təsir etmək imkanları yoxdur və olmamalıdır.
Ameriaknın Azərbaycandakı seçkilərə hər hansı təsir etmək imkanları yoxdur.
- Hörmətli Ramiz müəllimin İrana səfəri çox strateji əhəmiyyət kəsb edir. Ramiz müəllim bütövlükdə Azərbaycan siyasətinin strateji əhəmiyyətli məsələlərini hərtərəfli şəkildə müzakirə edib.