"3D Çap" ürək modeli hazırlayır [Video]

Your browser doesn’t support HTML5

Insan ürəyinə tətbiq olunan "3D-Çap"ı yeni ürək hazırlamır, lakin bu model insan ürəyinə hər parametr baxımından oxşardır.

Bu körpənin ürəryində əməliyyat olunub. Kardioloq Mətyu Bramlet körpənin valideynlərinə əməliyyatın aparılmasına yardım edən "3D-Çap"ın ürək modelini göstərir. “Əlimizdə tutduğumuz əsl ürək modelidir. Siz burada iki kamera arasında deşiyi görə bilirsiniz.”

Cərrahlar adətən ürəyin ən xırda detallarını belə nümayiş etdirən rəqəmsal imicdən istifadə edir. İllinoys Universitetinin Anadangəlmə Ürək Xəstəlikləri MRİ Proqramının direktoru Mətyu Bramlet belə ürəklərin dəqiq nüsxəsini düzəldir. Amerika Ürək Assosiasiyasında çıxışı zamanı o, "3D-Çap" modellərdə ürəkdə olan qüsurların rəqəmsal fotolardan daha aydın göründüyünü deyir. “Biz nə baş verdiyini bilsək də imiclərdə bunu tam təfərrüatı ilə görə bilmirik. "3D Çap" bizə ürəklə bağlı əməliyyatlarda daha az vaxt itirməyə və daha dəqiq olmağa yardımçı olur.”

Bu, belə işləyir - ACT skanner, MRI. Ürəyin plastikdən və ya saxsıdan hazırlanması üçün bütün məlumat "3D-Çap"a göndərilir. Bundan sonra printer ürəyi qat-qat yaradır.

Bramleti kiçik bir ürəyin detalları heyran edir. “Buna baxın, yumurta boydadır, bu körpə ürəyidir. Mənim fikrimcə cərrahlar gözəl iş görürlər. Lakin mən burada oturub bütün bunlara baxır və düşünürəm ki, cərrahlar bunu necə edə bilir.”

Ürək cərrahı Kati Maqliato gördüklərindən razı qaldığını deyir. Skype vasitəsilə danışan cərrah "3D Çap"ın hazırladığı modellərin ona təcrübəsində yardım etdiyini deyir. “Bu mənə əməliyyatdan əvvəl baş verənlər haqda məlumat verir. Mən həmin ürəyi əlimdə tuta bilir, hiss edə bilir və əməliyyat zamanı nə edəcəyimi planlaşdıra bilirəm.”

Mətyu Bramlet təhqiqatlarını davam etdirir. O, daha çox məlumatlanmaq üçün modellər və imiclər hazırlayan "3D Çap" laboratoriyası quraşdırmağı planlaşdırır.