Dondurulmuş gölün üzərində motosiklet yarışları [Video]

Your browser doesn’t support HTML5

Dondurulmuş gölün üzərində motosiklet yarışları

Bu yarış hələ Olimpiya oyunlarına daxil edilməyib. Ancaq bunun yarışçılar üçün elə də həhmiyyəti yoxdur. Onlar yarım metr qalınlığındakı buzun üzərində saatda 112 kilometr sürətlə motosikletlərini yarışdırırlar.

Müxtəlif peşə və yaşdan olan insanlar dondurulmuş buzun üzərində tam sürətlə qaza basaraq hərəkət etmək həyəcanını yaşamaq üçün yarışda iştirak edir.

Azarkeşlər isə onları dəstəkləyir.

Yarışdan əvvəl motosikletçilər təkərləri hazır vəziyyətə gətirirlər. Təkərlərə taxılan yüzlərə vint başlıqları motosikletlərin döngələrdə aşmasının qarşısını alır.

Sürüşən zamanı bədənizi həmin istiqamətə doğru çevirsəniz daha asan olur. Ancaq əksinə çalışsanız ciddi zədə ala bilərsiniz.” - deyə, yarış iştirakçısı Conni Qoça bildirib.

Yarışın ən təhlükəli tərəfi isə qış aylarında Nyu Yorkun şimalındakı ərazilərdə havanın temperaturunun mənfi 25 dərəcəyə qədər düşə bilməsidir.

Ancaq bütün bu çətinliklərin özü də buz üstündəki ən sürətli yarışın bir parçasıdır.