Mosulu 13 min insan tərk edib

BMT bildirib ki, ABŞ-ın başçılıq etdiyi hərbi qüvvələr Mosulu İŞİD yaraqlılarından azad etmək uğrunda əməliyyatın ikinci fazasına başladıqdan bəri, ötən beş gündə minlərlə iraqlı Mosuldan çıxmağa vadar edilib.

Şoxsaylı yaraqlının mülkü vətəndaşlara qarışması dinc əhali arasında tələfatın artmasına səbəb olur.

Bunun nəticəsi olaraq BMT bildirib ki, dekabrın 29-da əməliyyatlar başlanandan bəri 13 min insan Mosulu tərk etməli olub.

Koalisiya qüvvələri oktyabrdan bəri şəhərin dörtdə bir hissəsinin nəzarətini ələ keçirib və Mosulun şərqi İŞİD döyüşçülərindən təmizləndiyi üçün humanitar yardımlar daha çox məhəllədə paylanır.

Davam etməkdə olan hərbi əməliyyatlar nəticəsində bundan əvvəl 130 minə yaxın insan Mosulu tərk edib. Onların əksəriyyəti İraq ordusu tərəfindən artıq azad edilmiş şərq məhəllələrindən gəlir.