İraq ordusu Mosul bəndinin nəzarətini ələ keçirib

İraq ordusu Kərkükə nəzarəti ələ keçirir. 17 oktyabr, 2017.

İraq hərbi qüvvələrinin verdiyi məlumata görə, ordu Kərkük və ölkənin şimalındakı neft yataqlarının nəzarətini geri qaytarmaq məqsədilə əməliyyatdan sonra Mosul bəndi də daxil olmaqla geniş bir ərazini öz nəzarəti altına alıb.

Bəyanatda bildirilir ki, Kərkükdə təhlükəsizlik bərpa edilib.

Kürdlər bu əraziləri 2014-cü ildə İslam Dövləti militanlarının İraqın şimal və qərb bölgələrində yaratdığı qarışıqlıqdan sonra öz nəzarəti altına almışdı.

İraqın mərkəzi hökuməti əvvəlcə kürdlərdən ərazinin nəzarətindən imtina etməsini tələb edib. Ötən ay Kürd hökumətinin keçirdiyi müstəqillik referendumundan sonra isə mərkəzi hökümət hərəkətə keçmək qərarına gəlib.

ABŞ Kürd referenduma qarşı çıxaraq, İraqla həmrəyini nümayiş etdirmişdi. Bununla yanaşı ölkələrində böyük kürd əhalisi olan İran və Türkiyə də referenduma qarşı çıxmışdı.