Dünyanın bir çix bölgəsində ağcaqanadlar mövsümi problem hesab olunurlar. Bəzi bölgələrdə isə ağcaqanaqlar malyariya kimi ciddi xəstəliklərin daşıyıcılarıdır. Dünya Səhiyyə Təşkilatının bildirdiyinə görə, 2012-ci ildən bəri Böyük Səhraaltı ölkələrdə malyariya və ona bənzər xəstəliklərdən 630 minə qədər insan ölüb.
Kaliforniyanın Riverside Univestitetində aparılan tədqiqatlar aşkar edib ki, ağcaqandlar insan nəfəsində karbon dioksidi tutmaq üçün istifadə etdiyi reseptorlardan həmçinin yaxınlaşdığı zaman insan dərisinin iyini duymaqda istifadə edir.
Təhqiqatçı Anandasankar Reyin sözlərinə görə, ağcaqanadın istifadə etdiyi Etil-piruvat adlandırdıqları reseptoru aşkar etmək üçün alimlər milyondan çox kimyəvi birləşmədən istifadə edib. “Əgər biz Etil-piruvatı insan qoluna sürtsək və ac ağcaqanadlarla dolu qəfəsə salsaq ağcaqanadların çoxu ona yaxın düşməyəcək, çünki onların çox az hissəsi bu iyi hiss edir.”
Araşdırmalarda iştirak edən Jenevyeva Toks insan nəfəsindən və dərisindən ağcaqanad neyronlarının aşkar ediməsinın asan olmadığını deyir. “Bu cihazın köməyi ilə biz ağcaqanadın burnunda iyləri hiss edəcək neyronların olduğu yerə çox kiçik elektrod yerləşdiririrk.”
Bu cihazlar alimlərə ağcaqanadların siqnallar beyinə çatarkən iyləri necə hiss etdiyini öyrənməyə yadım edir. Kompyuterdəki qrafik iyin nə dərəcədə güclü və ya zəif olduğunu nümayiş etdirir.
Rey deyir ki, hazırda istifadə edilən mallarla müqayisədə Etil-Piruvatın tərkibində olduğu ağcaqanaddan qoruyucu qat-qat ucuz ola bilər. O, bunun malyariyanın yayıldığı bölgələrdə yaşayan yoxsul insanlar üçün böyük əhəmiyyət kəsb etdiyini deyir. “Ola bilsin biz reseptorları hədəf ala biləcək daha yaxşı maddələr ixtira edə bilsək onda ağcaqanadlardan qorunma mexanizmini xeyli təkmilləşdirə biləcəyik.”
Kaliforniya Universitetinin alimləri yaxın gələcəkdə ağcaqanadlarla mübarizə üçün daha ucuz və daha səmərəli qoruyucular aşkar ediləcəyini deyirlər.