Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar oktyabrın 9-da Moskvaya işgüzar səfər edir. Son məlumatlara görə, artıq Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyan Moskvadadır.

Azərbaycan Xarici İşlər Nazirliynin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, o, oktyabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib və görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Oktyabrın 8-də Rusiya prezidenti Vladimir Putinin yaydığı bəynatda deyilir ki, prezident Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan ilə bir sıra telefon danışıqlarından sonra həlak olmuş hərbçilərin cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi məqsədilə Dağlıq Qarabağ münaqişəsi zonasında humanitar dəlillərdən irəli gələrək hərbi əməliyyatların dayandırılmasına çağırıb.

Rusiya prezidentinin rəsmi internet saytında yayılan bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-da Rusiyanın xarici işlər nazirinin vasitəçiliyi ilə bu məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün Moskvaya dəvət olunub.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.