Moskvada Azərbaycan və İran vətəndaşından 20 milyon dollaradək pul götürülüb

Moskvada Azərbaycan və İran vətəndaşından 20 milyon dollaradək pul götürülüb

Rusiya Gömrük Xidməti 3 Azərbaycan və 1 İran vətəndaşını saxlayıb

Moskvanın Vnukova hava limanında gömrük xidmətinin əməkdaşları külli miqdarda pul qaçaqmalçılığının qarşısını alıblar.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, İstanbul-Moskva reysi ilə gələn 1 İran və 3 Azərbaycan vətəndaşı gömrük nəzarətini keçərkən saxlanılıb. “Onlar ümumilikdə dörd çemodan və 4 yol çantasında 14,5 milyon dollar və 4,12 milyon avro pulu qanunsuz yolla Rusiya Federasiyasının ərazisinə keçirmək istəyirdi”, - deyə Federal Gömrük Xidməti bildirir.
Saxlanılan şəxslər barəsində dörd cinayət işi başlanıb.

Məlumatda saxlanan şəxslərin adları və pulun hansı məqsədlə aparıldığı açıqlanmır.