Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqları davam etdirib
Bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri - Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrovun görüşü olub.
Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Dağlıq Qarabağ probleminin dinc yolla nizamlanması ilə bağlı müzakirələr davam etdirilib.