Parlament seçkilərində saxtakarklıq edildiyini deyən minlərlə insan Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində yenidən küçələrə çıxıblar. Sankt-Peterburq şəhərində etiraz aksiyalarının müxtəlif partiyalar tərəfindən, Moskvada isə Kommunist partiyası tərəfindən təşkil edildiyi deyilir. Lakin keçən həftə bütün Rusiya boyu keçirilən nümayişlərlə müqayisədə son nümayişlərin nisbətən seyrək olduğu deyilir.
Həm müxalifət, həm də müşahidəçilər baş nazir Vladimir Putinin başçılıq etdiyi Vahid Rusiya partiyasının qalib gəldiyi 4 dekabr seçkilərində saxtakarlıqlara yol verildiyini deyirlər.