Rusiya və Yaponiya rəsmiləri Kuril adalarının statusunu müzakirə etmək üçün bir araya gəlib

A map of the disputed Kuril Islands.

Rusiya və Yaponiya rəsmiləri Moskvada görüşərək uzun zamandır davam edən ərazi mübahisəsinə son qoymağın yollarını müzakirə ediblər.

Rusiya xarici işlər nazirinin müavini İqor Murqulovun yaponiyalı həmkarı Sinquke Suqiyama ilə görüşündə başlıca məsələ II Dünya Müharibəsi zamanı sülh müqaviləsinin imzalanmasına mane olan coğrafi mübahisənin müzakirəsi olub. O zaman bu müqavilə baş tutacağı təqdirdə II Dünya Müharibəsinə son qoya bilərdi.

Tərəflər Sakit okeanında dörd kiçik ada üzərində razılaşa bilmirlər.

Adalar Yaponiyada Şimal Ərazilər kimi tanınır. Rusiya 1945-ci il müharibənin son günlərində bu adaları ələ keçirərək onu Kuril Adaları adlandırmışdı.

Uzun illərdir Moskva və Tokio arasındakı əlaqələr adalar səbəbilə gərgin olaraq qalır.
Müzakirələr Yaponiyanın baş naziri Şinzo Abenin Rusiya prezidenti Vladimir Putinlə bu ilin aprel ayında görüşündən sonra planlaşdırılmışdı.