Rostov-Don şəhərində qəzaya uğrayan təyyarənin qara qutuları təhqiqat məqsədi ilə Moskvaya göndərilib

Dubaydan Rusiyanın Rostov-Don şəhərinə uçarkən qəzaya uğrayan təyyarənin qara qutuları təhqiqat məqsədi ilə Moskvaya göndərilib. Rəsmilər təyyarənin qəzasına nəyin səbəb olduğunun aşkarlanacağına ümid edir.

Qəzanın səbəbi bəlli olmasa da, güclü küləyin qəzaya yol açdığı güman edilir.

Təyyarənin məxsus olduğu FlyDubai şirkəti bildirib ki, sərnişinlərin 33-ü qadın, 18-i kişi və 4-nün uşaq olduğu müəyyənləşdirilib.

Dubay mediasında yayılan məlumatlara görə isə hadisə qurbanlarının 44-ü rus, 8-i ukraynalı, 2-si hindistanlı və biri Özbəkistan vətəndaşı olub. İlkin məlumatlarda isə sərnişinlərin hamısının rus olduğu bildirilirdi.

Eniş zolağına birinci dəfədən enə bilməyən təyyarə ikinci cəhd edərkən yerə dəyib və partlayış baş verib.

Qəzaya uğrayan “flydubai” aviaşirkətinə məxsus təyyarədə ekipaj üzvləri daxil olmaqla 62 nəfər həlak olub.