Rusiyanın ordu rəhbəri Valeri Qerasimov Rusiyanın Suriyadakı hərbi təchizatının sayını azaltmağa başladığını elan edib.
Qerasimov deyib ki, ölkənin sərhədlərini ilk olaraq Admiral Kuznetsov təyyarədaşıyan gəmi və onu müşayiət edən gəmilər tərk edəcək.
O deyib ki, hərbi təchizatın azaldılması Rusiya prezidenti Vladimir Putinin qərarıdır.
Moskva Suriyada vətəndaş müharibəsində Suriya prezidenti Bəşar Əsədin əsas müttəfiqidir.
Rusiya qüvvələri ötən ay üsyançı qüvvələri Hələbdən çıxarmaqda başlıca rol oynayıb. Üsyançıların Hələbdən çıxması beş ildən çox zaman davam edən müharibədə Suriya hökumətinin əldə etdiyi ən böyük qələbəsidir.
Hökumət qüvvələri və bəzi üsyançı qruplar arasında atəşkəs elan edən Moskva bu ayın sonu keçiriləcəyi gözlənilən sülh danışıqlarında əsas vasitəçilərdən biridir.