Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, noyabrın 1-də müdafiə qüvvələri altı regionda Ukraynanın 83 pilotsuz təyyarəsini vurub.
"36 dron Kursk vilayəti, 20-si Bryansk vilayəti, 12-si Krım, 8-i Voronej vilayəti, 4-ü Oryol vilayəti, 3-ü Belqorod vilayəti üzərində vurulub" - deyə, nazirlik Telegram kanalındakı açıqlamasında bildirib.
Bryansk qubernatoru Aleksandr Boqomaz Ukraynaya məxsus pilotsuz təyyarənin Bryansk şəhərində yaşayış binasına çırpılması nəticəsində bir nəfərin yaralandığını bildirib.
Vilayət qubernatoru Vladimir Vladimirov Telegram kanalında pilotsuz təyyarənin Stavropol vilayətindəki Svetloqrad şəhərindəki neft anbarına düşdüyünü yazıb.
Rusiyaya məxsus raketin Ukraynanın Qara dəniz sahilindəki Odesada yanğınsöndürmə məntəqəsini vurması nəticəsində iki yanğınsöndürən yaralanıb. Bu barədə vilayət qubernatoru Oleh Kiper məlumat yayıb.
Bu arada, Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın 31 pilotsuz təyyarəsini və bir raketini vurduğunu bildirib.