Morqan Stenli şirkəti sorğu-sual edilib

  • Amerikanın səsi

Massaçusets ştatının dövlət katibi ştatın maliyyə fondlarına nəzarət edən Morqan Stenli şirkətini Facebook sosial şəbəkəsinin gələcək gəliri haqda məlumatı gizli saxladığı ilə bağlı iddialar əsasında sorğu-sual edir.

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook keçən həftə cümə günü ilk dəfə olaraq aksiyalarının hər birini Nyu-York birjasında 38 dollara satıb. O vaxtan bəri Facebook aksiyalarının dəyəri 18 faizdən də aşağı düşərək 31 dollara enib.

Reuters xəbər agentliyinin şərşənbə axşamı yaydığı məlumatda deyilir ki, Facebook aksiyalarının qarantı olan Morqan Stenli şirkətinin təhlilçiləri aksiyaların satışa çıxarılmasından bir neçə gün əvvəl şirkətin gəlirinin aşağı düşəcəyini proqnozlaşdırıblar.