Riçard Morninqstar bu vəzifədə səlahiyyətlərinin icrasını başa vurub Azərbaycanı tərk etmiş səfir Metyu Brayzanı əvəz edəcək
ABŞ Senatı Riçard Morninqstarı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə təsdiq edib.
ABŞ prezidenti Barak Obama Riçard Morninqstarın Azərbaycanda səfir vəzifəsinə namizədliyini aprel ayında irəli sürmüşdü. Senatın Xarici Əlaqələr komitəsi onun ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyini keçən həftə təsdiq etmişdi.
Riçard Morninqstar 2009-cu ildə ABŞ Dövlət katibinin Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilmişdir.
Səfir Morninqstar 1999-2001-ci illərdı ABŞ-ın Avropa İttifaqında səfiri olmuşdur. Bundan öncə isə o, ABŞ prezidenti və dövlət katibinin Xəzər hövzəsində enerji diplomatiyası məsələləri üzrə xüsusi nümayəndəsi kimi çalışmışdır. Bu vəzifədə o, ABŞ-ın Xəzər hövzəsində energetika və nəqliyyat sahələrinin inkişaf etdirilməsi istiqamətində siyasətinə yardım göstərmək məqsədilə yerli hökumətlər və beynəlxalq təşkilatların birgə səylərinin koordinasiyasını təmin etməli idi. Riçard Morninqstar habelə Birləşmiş Ştatlar prezidenti və dövlət katibinin MDB dövlətlərinə yardım məsələləri üzrə xüsusi müşaviri olmuşdur.
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Riçard Morninqstarın namizədliyinə dəstək bildirmiş və Senatda onun səfir vəzifəsinə təsdiqinə nail olmaq üçün məktub kampaniyası keçirmişdir. Senatorlara ünvanlanan məktublarda Morninqstarın region üzrə ekspert olduğu və Amerikada yaşayan azərbaycanlıların strateji tərəfdaş olan iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə böyük önəm verdiyi qeyd olunmuşdur. Diaspor təşkilatları bu münasibətlərin çiçəklənməsi və dərinləşməsinin ölkədə fəal və regionu yaxşı tanıyan bir səfirsiz mümkün olmadığını bildirmişdir.
Riçard Morninqstar bu vəzifədə prezident Obamanın Konqres tətildə olduğu vaxt ona konstitusiya ilə verilmiş xüsusi səlahiyyətdən istifadə edərək səfir təyin etdiyi Metyu Brayzanı əvəz edəcək.
Riçard Morniqstat 1945-ci ildə Massaçusets ştatında anadan olmuşdur. O, 1967-ci ildə Harvard universitetini bitirmiş, 1970-ci ildə Stanford universitetində hüquqşünaslıq üzrə master dərəcəsi almışdır.

Metyu Brayza ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsini bir il müddətinə yerinə yetirdikdən sonra Konqresdə namizədliyinin təsdiqlənməməsi səbəbi ilə 2012-ci ildə yanvar ayında səlahiyyətlərini başa vurub geri qayıtmışdır. Onun namizədliyi Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri olan senatorlar Barbara Bokser və Robert Menendes tərəfindən blok edilmişdir.