Kaliforniyanın sahil şəhəri Montesitoda iki gündür ki, daşqınlar davam edir. Cümə axşamına qədər olan rəsmi məlumatlara görə, daşqınlar nəticəsində ölənlərin sayı 17, itkin düşənlərin sayı isə ən azı 40 nəfərdir.
Kaliforniyanın Santa Barbara qraflığının şerifi Bil Braun: “Bütün qurbanlar Montesito şəhərinin sakinləridir və ən gəncinin üç, ən yaşlısının isə 89 yaşı var. Orada analar, atalar, babalar, bacılar və qardaşlar var.”
Şerif qurbanların adını ucadan oxuduğu zaman xilasedicilər palçıq altında qalmış ərazilərdə axtarışlarını davam etdirirlər.
Bir neçə yerli, ştat və federal idarələr ağır yağışdan sonra yaranmış palçıq sellərinə məruz qalan sakinlərə yardım göstərməkdə davam edirlər.