Azərbaycan və Beynəlxalq Jurnalistlər İttifaqlarının üzvü Azər Qərib Amerikanın Səsinə Monika Beluççi və Telman İsmayılovla bağlı Facebook-a yerləşdirdiyi şəkil barədə danışdı və bunun bir zarafat olduğunu dedi.
Azər Qərib bu yaxınlarda Monika Beluççinin həyat yoldaşı Vinsent Kassellə boşanması barədə məlumatı eşidəndə, zarafat üçün Monilka ilə Telman İsmaylovun 2009-cu ildə Türkiyədə Mərdan-Palas otelinin açılışında birgə çəkdirdikləri şəkli Facebook-a yerləşdirib və altında "Razluçnik" yazıb.
Bu xəbər əvvəlcə Azərbaycan, bundan sonra Rusiya, daha sonra isə dünya xəbər agentliklərində yer almağa başlayıb.
Your browser doesn’t support HTML5