Moldova kəşfiyyatı: Rusiya Moldolvaya hərbi müdaxilə edə bilər

Your browser doesn’t support HTML5

Moldova kəşfiyyatı: Rusiya Moldolvaya h'rbi müdaxilə edə bilər

Moldovanın kəşfiyyat rəsmiləri bildirir ki, Rusiya qüvvələri gələn ilin əvvəlində Ukraynanın cənubunda yeni hücuma başlaya bilərlər. Onlar deyir ki, bunun bir məqsədi Ukraynadakı Rusiya qüvvələri ilə Moldovada Rusiyanın dəstəklədiyi separatçı region Dnestryanı arasında əlaqə yaratmaq ola bilər.

Nina burada, Ukraynanın Odesa vilayətində yerləşən Velika Mixailivka kəndində doğulub, böyüyüb. Bu kənd Moldovanın Rusiyanın dəstəklədiyi separatçı bölgə olan Dnestryanı ilə həmsərhəddir.

O, həyatının böyük bir hissəsini yerli fabrikdə çalışaraq keçirib. Bu gün onun kiçik bir çörək dükanı var.

Nina Moldova kəşfiyyatının Rusiyanın Ukraynanın şərqində yeni hücuma keçə biləcəyi ilə bağlı xəbərdarlıq edən hesabatından narahat deyil.

“Bu sadəcə söz-söhbətdir. Biz yaxşıyıq, hər şey sakitdir. Bizim oğlanlar bizi qoruyurlar!” – Velika Mixailivka sakini Nina deyir.

Amma hər kəs Nina qədər soyuqqanlı deyil.

“Biz sərhədə çox yaxınıq. Biz daima narahatıq, əsgərlərimizə hər cür dəstək olmağa çalışırıq,” Velika Mixailivka sakini Liudmila deyir.

Bura Dnestryanı sərhədinə yaxındır. Orada gördüyünüz evlər artıq Dnestryanı ərazisidir.

Oleksandr Kovalçuk Ukraynanın bu hissəsində doğulub, böyüyüb.

“Mənim valideynlərin Moldova sərhədindən təxminən 25 kilometr uzaqda yaşayırlar,” Ukrayna Silahlı Qüvvələrindən Oleksandr Kovalçuk deyir.

Moldova 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan edib. 1992-ci ildə Rusiyanın dəstəklədiyi separatçılar Dnestryanıda vətəndaş müharibəsi başladıb və onlar hələ də regiona nəzarət edirlər, baxmayaraq ki, həmin ərazi beynəlxalq səviyyədə Moldovanın bir hissəsi kimi tanınır.

Bu günədək regionda Rusiya qoşunları var və bu da sərhədə yaxın yerlərdə yaşayan ukraynalıları narahat edir.

Kovalçuk deyir ki, Ukraynada müharibə başlayandan bəri çox sayda kişi Dnestryanının paytaxtı Tiraspol yaxınlığından Ukrayna-Moldova sərhədini keçib.

“Bizdə olan qeyri-rəsmi məlumata görə, son altı ayda çox sayda gənc və orta-yaşlı kişi Dnestryanıya keçib – onlar qohumlarını ziyarət etdiklərini və ya iş üçün gəldiklərini deyir. Onların heç bir gedi getməyib. Biz hesab edirik ki, onlar rus zabitləridir və nəyisə gözləyirlər. Mənbələrimizin verdiyi məlumata görə, indiyədək artıq 1000 kişi keçib,” Oleksandr Kovalçuk deyir.

Moldovanın kəşfiyyat rəsmiləri bu həftə Rusiyanın Ukrayna ilə Dnestryanı arasında əlaqə qurmaq məqsədilə növbəti ilin əvvəlində Ukraynanın şərqinə hücum edə biləcəyini söyləyərək narahatlıqları artırıb.

Kovalçuk bu ehtimalın az olduğunu düşünür.

“Münaqişə olsa da, Ukrayna qalib gələcək. Bizdə burada daha çox kişi var. Bizim üstünlüyümüz var,” Oleksandr Kovalçuk deyir.

Bu arada isə Velika Mixailivkanın sakinləri qışa hazırlaşır. Könüllülər yerlilər üçün istilik nöqtələri quraşdırıb, çünki Rusiyanın raket zərbələri ölkə boyu elektrik və istiliyi kəsir.

“Biz bu qışın çətin olacağını başa düşürük...Əlimizdə olan yeganə şey dövlətimizdir və biz sonadək döyüşməyə davam edəcəyik. Torpaqlarımızın sahibi bizik,” kəndin sədr müavini Anatoli İvanov deyir.

Kəndlilər ehtiyatlı olsa da, qərb sərhədə diqqət yetirərək, həyatlarını yaşamağa davam edirlər.