Mayın 3-də Azərbaycanın Moldovadakı səfirliyinin qarşısında jurnalist Xədicə İsmayılovanın həbsdən azad edilməsi tələbi ilə etiraz aksiyası təşkil edilib. Bu barədə Moldova KİV-ləri məlumat yayıb.
Aksiya RİSE araşdırmaçı jurnalistlər birliyi və Moldovanın Araşdırmaçı Jurnalistika Mərkəzi tərəfindən təşkil edilib və 3 May Dünya Mətbuat Azadlığı Gününə həsr olunub.
Səfirlik işçiləri piket iştirakçılarının qarşısına çıxmayıb.