Yeniyetmələr mobil telefonlardan nə qədər asılıdır?

Common Sense Media təşkilatının sorğularına görə, gənclərin 50 faizində bu asılılıq müşahidə edilir

Common Sense Media təşkilatının keçirdiyi rəy sorğularına görə, yeniyetmələrin 50 faizində mobil telefonlardan asılılıq müşahidə edilir.

Valideyn, müəllim və gənclərə yardım göstərən bu qurum deyir ki, valideynlərin 59 faizi uşaqlarının mobil cihazdan asılı olduqlarını bildirib.

12 ilə 18 yaş arasında uşaqları olan ailələrlə 1240 müsahibəyə əsaslanan sorğunun nəticələri göstərib ki, uşaqlar internetdən ciddi şəkildə asılıdır.

Valideynlərin 66 faizi yeniyetmələrin mobil cihazlar arxasında uzun müddət vaxt keçirdiklərini deyib.

Ata və anaların 28 faizi uşaqların, uşaqların 28 faizi isə valideynlərin mobil cihazlardan asılı olduqlarını bildirib.

Bəzi uşaqlar valideynlərin kino-teatrlarda belə telefonlarını yoxladığını deyib.

Yeniyetmələrin 78 faizi telefonlarını hər bir saatda yoxladıqlarını, valideynlərin isə 56 faizi eyni işi gördüklərini etiraf edib.

Bəzi ölkələrdə internetdən asılılıq sağlamlığa hədə hesab edilsə də, ABŞ-da bu, səhiyyə problem kimi qiymətləndirilmir.

Lakin bəziləri hesab edir ki, cihazlardan istifadəyə məhdudiyyət tətbiq edilməlidir. Heç olmasa axşamlar bir saat telefonla əlaqəyə ara verilməlidir.