Qubad İbadoğlu : Azərbaycanda “Voll striti tutun” hərəkatına dəstək mümkündür

Qubad İbadoğlu : Azərbaycanda “Voll striti tutun” hərəkatına dəstək mümkündür

İqtisadi tədqiqatlar mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, Azərbaycanın local şəraitində, sosial bərabərsizlik və ədalətsizliyin dərinləşdiyi bir şəraitdə “Voll striti tutun” hərəkatına dəstək mümkündür

“Düşünürəm ki, yoxsulluq geniş yayılmış rayonlarda belə hadisələrə rast gəlmək olar. Burada regional aspektlər var. Şəhərdən, mərkəzdən gəlmiş oliqarxların tikdikləri villalar və obyektlər hədəf alına bilər. Bu, yoxsulluq, işsizliyin geniş yayıldığı, həyat şəraitinin ağırlaşdığı yerlərdə daha çox ehtimal edilən haldır ” .