Sabiq qubernator, Salt Lake City qış olimpiya oyunlarına rəhbərlik edən Mitt Romni prezident Barak Obamanı məğlub etmək üçün 2012-il prezident yarışlarına qoşulur. 2008-ci ildə respublikaçılar tərəfindən prezidentliyə nominasiyanı itirən Romni Ağ Ev uğrunda mübarizəyə qoşulduğunu bəyan edib. Rəy sorğularına görə o, respublikaçılar partiyasından digər nominantlarla müqayisədə cüzi fərqlə irəlidədir.Lakin onun namizədliyi partiya üzlərinin hər beşindən biri tərəfindən dəstəklənir. Bu gün Romni namizədliyini Nyu-Hampşir ştatında elan edib. Massaçusets ştatının sabiq qubernatoru prezident Obamanın səhiyyə islahatlarını sual altına alır.ABŞ-ln Nümayəndələr Palatasının sabiq spikeri Nyut Qinqriç, Texas nümayəndəsi Ron Paul və Minnesotanın keçmiş qubernatoru Tim Paulenti namizədlər sırasındadır.Alyaskanın sabiq qubernatoru Sara Peylinin yarışlara qoşulacağını nə vaxt elan edəcəyi bəlli deyil. Prezident Obamanın Demokrat partiyası Mitt Romninin namizəliyini artıq hədəf laıb. Quberntor ikən səhiyyə islahatları tətbiq edən Romninin ştatı üçün qəbul etdiyi qanun prezident Obamanın planının əsasını təşkil edir.
.