Cəmil Həsənli : Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparmalıdır [Videolar]

Milli Şura yanacağın qiymətinin qaldırılmasına etiraz edir

Milli Şura yanacağın qiymətinin qaldırılmasına etiraz edib
Milli Şuranın sədri Cəmil Həsənli çıxışında hazırki iqtidarı və onun siyasətini kəskin tənqid edib.

Milli Şura sədri deyib ki, bu iqtidar 9 oktyabrda Azərbaycanda hakimiyyəti qəsb edib.

O, dünyada gedən prosesləri təhlil əsasında vurğulayıb ki, Azərbaycan iqtidarı da bu demokratiya dalğasına tab gətirə bilməyəcək və gedəcək.

Cənab Həsənlinin sözlərinə görə, Azərbaycan iqtidarı öz mahiyyətini dəyişə bilmir və dəyişməyəcək.

“Tarix sübut etdi ki, müstəqil olmaq hələ azad olmaq demək deyil. Azərbaycan xalqı müstəqillik uğrunda mübarizə apardığı kimi, azadlıq uğrunda da mübarizə aparmalı, güc üzərində bərqərar olan bu iqtidarı yola salmalıdır. Mən inanıram ki, biz buna nail olacağıq”, deyə o bildirib.

Cəmil Həsənli son qiymət artımını da kəskin tənqid edib.

“Soruşmaq lazımdır ki, sən millətə nə vermisən ki, indi onun üzərinə artım qoyursan”.


Your browser doesn’t support HTML5

Milli Şuranın sədri Cəmil Həsənlinin çıxışı


Your browser doesn’t support HTML5

Milli Şuranın sədri Cəmil Həsənlinin çıxışı-2


Your browser doesn’t support HTML5

Milli Şuranın sədri Cəmil Həsənlinin çıxışı-3


-----------------------------------
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun çıxışında iqtidarı milli kimliyə, inanclara hörmətlə yanaşmamaqda suçlanıb. İcra strukturlarını, nazirlikləri tənqid edən KXCP sədri mövcud iqtidarın dinc və demokratik yolla dəyişməsi zərurətindən danışıb, qiymətlərin qaldırılmasını xalqa qarşı sui-qəsd kimi dəyərləndirib.

Your browser doesn’t support HTML5

KXCP sədri Mirmahmud Mirəlioğlunun Çıxışı


----------------------------------------------
Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, Azərbaycan xalqı öz ulu öndərlərinin 1 əsrdir başlatdığı savaşı davam etdirir. Azərbaycanda yaradılan bu xaos, qorxu mühiti meydanlarda insanların sayının az olmasına təsir edir.

Your browser doesn’t support HTML5

Müsavat başqanının müavini, İcra Aparatının rəhbəri Arif Hacılı çıxışı


----------------------
Etiraz mitinqi zamanı AXCP sədri Əli Kərimli çıxış edib. "əgər biz ayağa qalxmasaq, o zaman bu acgözlər öz büdcələrini doldurmaq üçün hər şeyin qiymətini qaldırmaq istəyəcəklər. Onlar sizin son qəpiklərinizə göz dikiblər. Biz ona görə buradayıq ki, bu soyğunçu siyasətə dur deyək", deyə Əli Kərimli bildirib.

Əli Kərimlinin sözlərinə görə, qiymətlərin aşağı düşməsi, insanların firavan yaşanması üçün Azərbaycanda haqq-ədalət, azadlıq qalib gəlməlidir.

Your browser doesn’t support HTML5

Milli Şura yanacağın qiymətinin qaldırılmasına etiraz edir


------------------------------------------
Dekabrın 15-də Milli Şuraya daxil olan qüvvələr Bakıda metronun “İnşaatçılar” stansiyası yaxınlığındakı “Məhsul” stadionunda mitinq keçirir.

Mitinq Tarif Şurasının neft məhsullarının, xüsusilə də benzinin qiymətlərini 20-30 faiz qaldırılması əleyhinədir.

Aksiya “Qiymətlər aşağı salınsın!”, “Bahalaşmaya son!” şüarları altında keçirilir.

Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin çoxsaylı əməkdaşları cəlb edilib.

Dekabrın 13-də Milli Şuranın mitinq komitəsinin bir qrup üzvü Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Komitə üzvü Seymur Həziyev bildirib ki, çağırış dekabrın 15-də Milli Şuranın keçirmək istədiyi mitinqlə bağlı olub.

“İdarəyə mənimlə birlikdə Tural Abbaslı, Xəzər Teyyublu da dəvət edilmişdi. Paytaxt polisinin rəis müavini Səhlab Bağırov və Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev bizi qəbul etdi. Mitinqdə asayişin qorunması ilə bağlı polisin və təşkilatçıların öhdəlikləri ilə bağlı söhbət elədik”, deyə o bildirib.

Öz növbəsində Baş Prokurorluq mitinqlə bağlı xəbərdarlıq yayıb.

Baş prokurorluğun mətbuat xidmətindinin yaydığı xəbərdarlığında bildirilir ki, mitinq zamanı ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmasına yol verilməməli, mitinq təşkilatçıları və iştirakçıları tərəfindən odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və əmlaka zərər vura bilən əşyalardan istifadə etmək qadağandır.