Milli Şura oktyabrın 20-nə mitinq təyin etdi

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqi

Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib
Oktyabrın 12-də Milli Şura prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq yenidən
mitinq təyin edib.

Milli Şura bu mitinqi oktyabrın 20-də keçirmək istəyir.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gülağa Aslanlının verdiyi məlumata görə oktyabrın 14-də Milli Şura mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Onun sözlərinə görə, mitinqin oktyabrın 20-də Bakının Yasamal rayonundakı keçmiş “Məhsul” stadionunda saat 16.00-dan 18.00-dək keçirilməsi nəzərdə tutulub.