Mitinqdən sonra insident olub

Qarşıdurmada xəsarət alanlar olub, bir neçə nəfər saxlanılıb
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mitinqindən sonra iştirakçılar arasında saxlanılanlar var.

Aksiyadan sonra «İstefa!» şüarları səsləndirə-səsləndirə metroya “İnşaatçılar” metro stansiyasına doğru hərəkət edən bir neçə iştirakçı polis tərəfindən saxlanılıb.

Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi məlumata görə, mülki geyimli şəxslər mitinq iştirakçılarına hücum edib.

Bu zaman polislər də mülki geyimlilərə kömək edib. Qarşıdurma zamanı xəsarət alanlar olub, o cümlədən jurnalistlər də təzyiqə məruz qalıb.