Misirin maliyyə nazirinin vəzifəsindən istefası barədə təklifi rədd edilib

  • Amerikanın səsi

Misirin maliyyə nazirinin vəzifəsindən istefası barədə təklifi rədd edilib

Misirin hərbi idarəçisi feld-marşal Məhəmməd Hüseyn Tantavi təhlükəsizlik qüvvələri ilə qipti xristianlar arasında 26 nəfərin ölümü ilə nəticələnən qarşıdurmadan sonra baş nazir müavininin istefa ərizəsini rədd edib. Ölkənin maliyyə naziri vəzifəsində çalışan Hazem Əl-Beblavi bazar günü baş verən zorakılıqların təhlükəsizliyi kobud şəkildə pozduğunu deyərək, kabinetdən gedəcəyini bəyan edib. Cənab Əl-Beblavi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən 5 milyard dollar məbləğində borc almaq barədə müzakirələr aparırdı.