Misirdə 22 mumiya təmtəraqlı paradla yeni muzeyə köçürüləcək

Şənbə günü 22 Misir kralı və kraliçasının qədim mumiyaları xüsusi hazırlanmış kapsullarda Qahirədə yeni muzeyə böyük paradla aparılacaq.

Karvanda Qahirənin mərkəzi Təhrir Meydanında yerləşən Misir Muzeyindən Fustatda yerləşən Misir Milli Sivilizasiya Muzeyinə 18 kral və 4 kraliçanın mumiyasını aparılacaq.

Rəsmilər mərasim üçün Nil çayı ətrafındakı yolları bağlayırlar. Mərasimin məqsədi COVID-19 səbəbilə tətbiq olunan məhdudiyyətlər nəticəsində turizmin demək olar dayandığı bir vaxt Misirin zəngin əntiq kolleksiyalarına marağı artırmaqdır.

Misirli arxeoloq Zahi Həvəss deyib ki, hər bir mumiya nitrogenlə dolu xüsusi kapsullara yerləşdiriləcək, hər bir kapsul isə onları sabit tutmaq üçün xüsusi hazırlanmış kartlarda aparılacaq.

“Biz Sivilizasiya Muzeyini ona görə seçdik ki, biz mumiyaları Misir Muzeyində olduğu kimi əyləncəli deyil, ilk dəfə olaraq sivil və savadlı bir şəkildə nünamyiş etdirmək istəyirik,” o deyib.

Arxeoloqlar mumiyaları Luksorda Deir Əl Bahari məbədləri kompleksində və yaxınlıqdakı Krallar Vadisində tapıblar.

Mumiyalardan ən qədimi eradan əvvəl 16-cı əsrdə hökmranlıq edən 17-ci Sülalənin sonuncu kralı Seqenenre Taoya aiddir.

Paradda həmçinin II Ramzes, I Seti və Ahmos-Nefertarinin mumiyaları da olacaq.

Fustat Ərəblərin fəthindən sonra Əməvilər sülaləsi altında Misir paytaxtının yerləşdiyi yer idi.

“Bunu böyük təmtəraqla etməklə mumiyalarla layiq olduqları kimi rəftar edirik,” Qahirədə yerləşən Amerika Universitetinin misirşünası Səlimə İkram bildirir.

"Onlar Misirin krallarıdır, onlar firondurlar. Ona görə də, bu, onlara ehtiram göstərmək yoludur,” o deyib.