Misirdə yeni kabinetin tərkibi gələn həftə açıqlanacaq

Misirin yeni hökumət kabineti cümə axşamı açıqlanacaq. Prezident Məhəmməd Mursinin andiçmə mərasimindən üç həftə sonra bu barədə dövlət mediası xəbər yayıb.

"Gələn cümə axşamı mən kabinetin yekun tərkibini elan edəcəyəm," deyə baş nazir Hişam Kandil dövlət televiziyasında elan edib.

O, mümkün namizədlərlə görüşləri haqda prezident Mursiyə məlumat verdiyini bildirib.

Sabiq Suvarma və Su Resursları Naziri ötən həftə baş nazir təyin edilib. Bir çox müşahidəçilər ictimaiyyət tərəfindən az tanınmış texnokratın işin öhdəsindən gəlmək üçün kifayət qədər siyasi və iqtisadi təcrübəyə malik olmamasından narahatlıqlarını ifadə ediblər.

Mursinin baş naziri təyin etmək üçün bu qədər vaxt aparması diktator Hüsnü Mübarəkin devrilməsindən sonra Misirin siyasi azadlıqlara uyğunlaşması və effektiv hökumət formalaşdırmaq yolunda üzləşdiyi çətinliklərə dəlalət edir.