Misirdə seçkilərin ikinci raundu keçirilir

  • Amerikanın səsi

Misirdə seçkilərin ikinci raundu keçirilir

Misirlilər parlament seçkilərinin ikinci raundunda səs verməyə başlayıblar. Birinci raund səsvermədə əsasən islamçılar üstünlük əldə etmişdilər.

Səsvermə məntəqələri ölkənin doqquz bölgəsində, o cümlədən Asuan, Beni Suef, Giza, İsmailiyyə, Süveyş və Sohaqda səhər erkən açılıb.

Parlamentin 498 yerlik aşağı palatasındakı yerlər uğrunda səsvermə davam edəcək. Yerdə qalan doqquz vilayəti əhatə edəcək səsvermə yanvarın əvvəlində keçiriləcək.

Bu səsvermə Misir prezidenti Hüsni Mübarək devrildikdən bəri ilk parlament seçkiləridir.