Misirdə seçkilər öncəsi zorakılıqlara yol verilir. 11 adamın ölümü ilə nəticələnən döyüşlərdən sonra prezidentliyə namizədlər kampaniyalarını dayandırmalı olub. Misirin səhiyyə və təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, döyüşlər sübh çağı şənbə günündən hərbi hökumətə etiraz edənlərin toplaşdığı bölgəyə hücumla başlayıb. Əksəriyyəti islmaçılar olan döyüşçülər hücumçulara yanacaq bombaları və daşlarla cavab verib. Əvvəlcə qarşıdurmaya müdaxilə etməyən hərbi hökumət bölgəyə qüvvələr və zirehli maşınlar göndərməli olub.
Misirdə prezident seçkiləri may ayının 23-nə təyin edilib.