Misirin paytaxtı Qahirədə Qibti xristianlarla müsəlmanlar arasında baş verən qarşıduma zamanı 25 nəfərin ölməsi, 200 nəfərə qədər insanın yaralanmasından sonra onlarla adamın həbs edildiyi bildirilir. Dünən baş verən zorakılıqlar zamanı hansı tərəfin, müsəlmanların və ya xristianların həbs edildiyi barədə məlumat verilməyib. Qibti xristianlar hakimiyyətdə olan həbiçilərə qarşı keçirilən nümayişlər zamanı kilsənin yandırılmasına etiraz olaraq aksiya keçirirdi. Misirin müvəqqəti hökuməti isə ölkədə heç bir qrupa milli birliyə və demokratiyaya keçidə mane olmağa imkan verilməyəcəyini deyib.
Dövlət mediası hökumətin təcili yığıncaq keçirərək, vəziyyətlə bağlı müzakirələr apardığını, Təhrir və ətraf ərazilərə hərbi qüvvələr yerləşdirildiyini bildirib.