Misirdə etirazlar davam edir

Misirdə etirazlar davam edir

Misrin hərbi qüvvələri bu gün paytaxt Qahirədə ordudan hakimiyyətdə tez bir zamanda dəyişikliklər etməyi tələb edərək, gecələri küçələrdə keçirən nümayişçilərə qarşı gücdən istifadə edib. Şahidlərin dediyinə görə hərbi qüvvələr əməliyyatı gecə yarısı, qadağa saatı başlayandan sonra həyata keçirmiş və əsgərlər yerlərini tərk etmək istəməyən insanları döymüşlər.

Ordunun onların hökumətdə dəyişiklik edəcəkləri barədəki tələblərini yerinə yetirməyincə hər həftə etiraz yürüşləri keçirəcəklərinə söz verən minlərlə insan dünən də Qahirənin Təhrir meydanında toplaşmışdı.