Misirin turizm sənayesi tənəzzülə uğrayır [Video]

Your browser doesn’t support HTML5

2015-ci ildə Misirdə turizm sənayesini “Ərəb Baharı”na qədərki səviyyəyə çatdırmaq ümidi böyük idi. Əksinə, ölkədə baş verən zorakılıqlar əsasən turizmə böyük zərbə vurdu və bu sahədə rəsmilər biznesi bərpa etmək üçün alternativ bazarlar axtarır.

Bu kurort şəhərinin sahillləri adətən bayram mövsümlərində dolu olur. Lakin oktyabr ayında terror hücumunda 224 nəfərin ölümü ilə nəticələnən Rusiya təyyarəsinin qəzasından sonra burada turizm biznesi kəskin şəkildə tənəzzülə uğradı.

Biznes sahibləri gəlirin əsasən Rusiya və Britaniyadan olan turistlərdən qaynaqlandığını deyirlər. Lakin həm Rusiya, həm də Britaniya Şərm Əl-Şeyxə birbaşa uçuşları təxirə salıb. “Burada iş yoxdur. Onlar bizim 30-35 faiz gəlir əldə etdiyimizi deyir, lakin burada heç nə yoxdur”, deyə, İzzət adlı mağaza sahibi bildirir.

Rəsmilər Səudiyyə Ərəbistanı və ya digər imkanlı ərəb dövlətlərindən olan turistlərə yüksək səviyyədə qulluq edildiyini desələr də, işçilər körfəzin biznesə gəlir gətirməsinə baxmayaraq, zərərləri kompensasiya etmək üçün kifayət etmədiyini deyirlər.

Turizm sektoru Misirin ən böyük sənayesi və xaricdən əldə etdiyi gəlir mənbəyidir. Hazırda Şərm Əl-Şeyxdə əsasən misirlilərdən ibarət turistlər deyir ki, qorxu insanları buralardan uzaq tuta bilər, lakin burada dincələnlər üçün gündəlik həyat dəyişməyib.

"Bura çox gözəl şəhərdir. Mən çox yerdə olmuşam, Parisdə, Londonda, Sürixdə, Ərəb ölkələriundə, lakin bura kimi gözəl yer görməmişəm,” deyə misirli qadın bildirir.

2014-cü ildə turizm sənayesində təxminən 30 faiz artım olduğunu görən rəsmilər 2015-də bunun tam bərpa olunacağına ümid edirdi. Lakin təyyarə qəzası və keçən il sentyabr ayında Misir hərbi qüvvələrinin 8 meksikalı turistin olduğu təyyarəni səhvən vurub salması Misirin bir çox gəzməli yerlərini boş qoyub.

“Biz 5 dəqiqədən sonra nələrin baş verəcəyini bilmirik, o ki, qaldı gələn il olsun” deyə, dükan sahibi Əhməd bildirir.

Rəsmilər isə turizm sənayesini canlandırmaq istəyir və 2016-cı ildə vəziyyətin daha yaxşı olacağına ümid bəsləyir.